5 May 2017 13:06
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib.

Sözügedən küçədə moped ilə hərəkətdə olan sürücü Gözəlov Soltan Muxtar oğlu yolu keçmək istəyən təqribən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Onun şəxsiyyəti hələ ki, məlum deyil.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.


Müəllif:

Oxşar xəbərlər