8 May 2017 14:29
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və israfda təqsirləndirilən Pərviz Camayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.

Pərviz Camayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməlini etiraf edib. Məhkəmənin növbəti iclası mayın 17-nə təyin olunub.

İttiham aktına əsasən, Pərviz Camayev Atropatena QSC-də ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi müddət ərzində şirkətdən 14 min 850 manat mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər