Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rafiq Məmmədov quldurluqla üzləşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü bölməsinə müraciət edib.
O, bildirib ki, evinə gələn Cahangir adlı tanışı onu döyüb və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və cibində sənədləri olan gödəkçəsini aparıb.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü tutulub.