Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nurlan Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.
O, bacısını qaçırdığı üçün dayısı oğlu Mahiri bıçaqlayaraq öldürüb. Bacısı isə məhkəmədə dayısı oğlunu sevdiyini və könüllü qaçdığını deyib.
Nurlan Quliyev dayısı oğlunu bacısı ilə toy edəndən 2 ay sonra öldürüb, qətli namusunu təmizləmək istəyi ilə izah edib.