Teleqraf.com xəbər verir ki, şəhər sakini Rəşad Cəfərlinin qarşsını kəsən naməlum şəxslər ona bıçaqla hədə-qorxu gəliblər, 100 manatını, gümüş qolbağısını və mobil telefonunu alıblar.
Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Vüqar Həmzəyev tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Vüqar Həmzəyevin əvvəllər məhkum olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.