Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonunda fərdi yaşayış evində baş verib.
Mehdi Quliyev bazarda pendir satışı ilə məşğul imiş. 14 yaşlı Eldar Məmmədov (ad və soad şərti verilib -H. Z.) isə onun yanında köməkçi işləyərmiş. Mehdi Quliyev gündəlik Eldara 5 manat pul verirmiş. Hadisə olan günü Mehdi Eldarı evdə iş çox olduğu üçün mənzilinə çağırıb. Mənzildə olan zaman Mehdi spirtli içki- araq qəbul edib. 14 yaşlı Eldara isə pivə içəməyi təklif edib. Mehdi sərxoş vəziyyətdə Eldara qarşı seksual xarakterli hərəkətlər edib. Bundan xəbərdar olan Eldarın valideynləri polisə müraciət edib. Polis Mehdi Quliyevi həbs edib.
Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşəna çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham verilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.
Məhkəmənin hökmü ilə Mehdi Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov