5 İyul 2017 14:49
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qovlar qəsəbəsi ərazisində yerləşən evlərdən birindən 100 manat və 2300 manat dəyərində qızıl əşyalar oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qovlar sakini Rəşad Hüseynov tutulub.

Onun aprelin 22-də Qovlar qəsəbəsi ərazisindəki iki evdən 200 manat pul və qızıl əşyalar oğurladığı da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov