11 İyul 2017 13:55
667

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Balaxanı qəsəbəsində mənzildən 37000 manat və 6000 manat dəyərində qızıl əşya oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.


Müəllif: Hacı Zeynalov