24 İyul 2017 12:51
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hacallı kənd sakini, 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində arvadı, 1973-cü il təvəllüdlü Gülbəniz Mehdiyevanın başından balta ilə vuraraq öldürüb.

Daha sonra Saday Əliyev azyaşlı övladları - Məleykə Əliyeva və Murad Əliyevə xəsarətlər yetirib. Cinayəti törədən şəxs sonra özünü həyətlərindəki ağacdan asaraq öldürüb.

Məleykə Əliyeva və Murad Əliyev xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər