Teleqraf.com xəbər verir ki, kasasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.
Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.
Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.
Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Bundan başqa, məhkəmə təqsirləndirilən Məhəmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manatın Cahangir Hacıyevdən tutulması barədə qərar çıxarıb.