Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 5650 manat, məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb.
Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Səbuhi Mirzəyev tutulub.
Səbuhi Mirzəyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.