Teleqraf.com xəbər verir ki, iyulun 19-da Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsində Emil Həsənov pnevmatik tapançadan açılan atəş nəticəsində xəsarət alıb.
O, 3 saylı Sabunçu şəhər Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Emil Həsənov ötən gün xəstəxanada vəfat edib.
Polisin apardığı araşdırma zamanı məlum olub ki, Emil Həsənovu güllələyən şəxs 31 yaşlı Kamran Zamanovdur. Kamran Zamanov da xəstəxanada tibbi yardım alıb.
Məlumata görə, onların arasında pul borcu üstündə mübahisə yaranıb. Mübahisə zamanı Emil Həsənov Kamran Zamanovun başından taxta parçası ilə vurub. Bundan əsəbləşən Kamran onu güllələyib.
Faktla bağlı cinayət işi başlanıb.