31 İyul 2017 16:06
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim Market” mağazalar şəbəkəsinin sahibinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Sahib Quliyev 11 il, Həcər Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Sahib Quliyev və onun anası Həcər Quliyeva “Bizim Market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanova qarşı dələduzluq ediblər. Sahib Quliyev Rasim Salmanovun 2015-ci il dekabr ayının 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb.

Sahibkar şikayət ərizəsində yazıb ki, Sahib Quliyev onun 2 milyon manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. Eyni dələduzluq əməlində Sahib Quliyevin anası Həcər Quliyeva da təqsirləndirilir.

Məlumat üçün bildirək ki, “Bizim Marketlər” şəbəkəsinin bank hesabı həbsdə olan Sahib Quliyevin adına olub. Rasim Salmanov iddia edir ki, Sahib Quliyev bundan istifadə edərək külli miqdarda pulu ələ keçirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər