Teleqraf.com xəbər verir ki, avqustun 2-də gecə saat 3.00-da Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə qarət məqsədilə bir nəfər maskalı şəxs girib.
Pəncərədən evə daxil olan naməlum şəxs orada axtarış aparıb. Bu zaman yuxudan oyanan ev sahibinin qızı səs-küy salıb.
Oğru onu bıçaqla hədələyib, səs-küy salmamasının tələb edib, sonra evdəki mobil telefonu götürərək aradan çıxıb.
Mingəçevir polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.