5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub.
O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.
Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.
Uşağı xristian yönümlü təriqətin üzvü olan anasının öldürdüyü məlum olub. Nazilə Qulubəyova “bəd ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.