Zaqatala rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, 1968-ci il təvəllüdlü rayon sakini Əhməd Məmmədov “Meşleş” adlanan dağlıq meşəlik ərazisinə ova gedib.
Ov zamanı Əhməd Məmmədov tüfəngdən ehtiyatsız davranaraq özünə xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.