31 Avqust 2017 11:12
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1990-cı il təvəllüdlü Tağı Həsənov 1991-ci il təvəllüdlü qaynı Ruslan Ağalarovu bıçaqlayıb.

Çoxsaylı bıçaq xəsarəti alan Ruslan Ağalarov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Həbs olunan Tağı Həsənov istintaqa törətdiyi cinayəti etiraf edib. Məlum olub ki, o, bir neçə gün əvvəl Ruslan Ağalarovun bacısından məhkəmə qaydasında ayırılıb. Elə yeznə-qayın arasında mübahisə bunun üstündə yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər