4 Sentyabr 2017 10:55
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda iki rəfiqəni bıçaqlayan gənc həbs edilib.

Teleqraf.com xəbər verir ki, avqustun 30-da Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın qarşısında 1993-cü il təvəllüdlü Vüsalə Salmanova və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Elnarə Mikayılovaya naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovaya bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Əlizadə tutulub.

Məlumata görə, xəsarət alanlardan biri həmin mənzildə kirayədə yaşayır. Hadisə kafedə işləyən qızlar işdən evə qayıdarkən baş verib. Cinayəti törədən onların tanışları olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər