9 Sentyabr 2017 11:07
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qayınata ilə kürəkən arasında mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Tural Quliyev qayınatası ilə mübahisə edib.

Mübahisə zamanı qayınata kürəkənini taxta parçası ilə döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Tural Quliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisədən əvvəl Tural Quliyevlə arvadı mübahisə edib. Mübahisəyə Turalın qayınatası müdaxilə edib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov