Şəmkir rayonunda toyda iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, rayonun Müxtariyyə kəndində keçirilən toyda 1986-cı il təvəllüdlü Emin Hüseynov bıçaqlanıb.
Ağır xəsarət alan Emin Hüseynov xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində 5 bıçaq xəsarəti aşkarlanıb.
Müəyyən edilib ki, Emin Hüseynov toyda həmkəndlisi və dostu arasında mübahisə sonda dava ilə nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şübhəli bilinən şəxs saxlanılıb.