Daxili İşlər Nazirliyi Sumqayıtda oğurluqla məşğul olan şəxslərin tutulması ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib. Hər iki şəxs tutulub.
Həbs olunan Nicat Muxtarov peşəkar futbolçudur və “Sumqayıt” futbol klubunun oyunçusudur.