21 Sentyabr 2017 13:37
3 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vüsal İbrahimov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Məhkəmədə məlum olub ki, mərhum barda oğru aləminə aid mahnı sifariş vermək istəyib. Mübahisə də elə buna görə baş verib.

Mərhum Nurlan barda "DJ" işlən Abdurrahman Almiyaşova yaxınlaşıb və Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verib. "DJ" ona deyib ki, belə mahnı safariş etməyə izacə verilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər