Bakıda dələduzluqda təqsirləndirilən Yalçın Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Yalçın Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Bildirib ki, zərərçəkmişə dəymiş ziyanla ödəniş etmək niyyətləri var.
Növbəti proses oktyabrın 10-da davam edəcək
İttihama görə, Yalçın Əhmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft və Qaz İdarəsində operator vəzifəsində çalışıb.
O, mal-qara satmaq adı ilə zərərçəkmiş Həsən Əliyevdən 29 min manat məbləğində borc alıb və qaytarmayıb. İş üzrə bir neçə zərərçəkmiş şəxs tanınıb.
Yalçın Əhmədov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.