Türkiyənin Adana şəhərində 7-ci sinif şagirdi, 13 yaşlı H.S narkotik satarkən yaxalanıb.
Teleqraf.com xəbər verir ki, azyaşlı küçədə polisləri görən kimi əlindəki qutunu yerə ataraq qaçıb. Şübhəlinin ardınca qaçan polislər onu tutublar. Yerə atılan qutudan nakotik çıxdığı üçün azyaşlı polis şöbəsinə aparılıb.
Polis H.S-nı nəzarətə götürməklə ailəsinə təhvil verib.