Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Qarayev ailə münaqişəsi zəminində qardaşı ilə dava edib.
Dava zamanı Oqtay Qarayev qardaşı tərəfindən bıçaqlanıb.
Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan Oqtay Qarayev əməliyyat olunub. Zərərçəkən çoxlu qan itirsə də, həkimlər onun həyatını xilas edə biliblər. Buna baxmayaraq, yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı cinayət işi başlanıb.