Cəlilabad rayonunda bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Üçtəpə kəndində 1994-cü il təvəllüdlü Ülvi Əhmədov naməlum şəraitdə bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Ülvi Əhmədovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Ülvi Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.