10 Noyabr 2017 12:36
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, kənd sakini Rəşad Süleymanov münaqişə zəminində həmkəndlisi İbrahim Həsənəliyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

İbrahim Həsənəliyev xəstəxanada ölüb.

Gədəbəy rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Süleymanov tutulub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü İbrahim Həsənəliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Rəşad Süleymanov ilə mübahisə edib. Mübahisə qətllə nəticələnib.

Qətlə yetirilən şəxs ailəli olub, 2 azyaşlı övladı var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər