Bakının Yasamal rayonunda oğurluğun üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Arif Orucov və Anar Abdullayev tutulublar.
Onlar oktyabrın 3-dən 21-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinib.
Anar Abdullayev əvvəllər məhkum olunub.
Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Rəhimov yaxalanıb.
Tərlan Rəhimov oktyabrın 14-də Suraxanı rayonundakı inzibati binalardan birindən kompüter və printer oğurlamaqda şübhəli bilinib.
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də rayon ərazisindəki apteklərdən birindən 956 manat pul oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini bir yeniyetmə tutulub.
Həmin yeniyetmənini əvvəllər məhkum olunduğu da üzə çıxıb.