Kişi həyat yoldaşı və 3 qızını diri-diri yandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Rusiyanın Tomsk bölgəsində baş verib.
Hadisəyə səbəb 37 yaşlı kişinin həyat yoldaşı ilə mübahisəsi olub. Ölənlərdən biri 6 yaşındadır.
Cinayəti törədən şəxs ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.