8 Dekabr 2017 02:15
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində avtomobillərdən oğurluq edən keçmiş məhkumun tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov tutulub.

O, Yeni Gəncə qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinib.

İstintaq araşdırması zamanı onun daha 5 avtomobildən akkumulyator oğurladığı müəyyən edilib.


Müəllif: Hacı Zeyanlov