Gəncə şəhərində silsilə oğurluqlar törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Azər Miyani tutulub.
Azər Miyaninin bu ilin may-noyabr ayları ərzində rayon ərazisində 8 evdən, 5 avtomobildən və 1 mağazadan pul, velosiped, akkumulyator, səsgücləndirici, su mühərriki, təmir-tikinti alətləri, elektrik naqili, inşaat materialları və məişət əşyaları oğurladığı müəyyən edilib.