14 Dekabr 2017 19:58
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında saxlanılan şəxsin daha bir cinayəti üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulan Hüseynağa İsmayılovun ətrafında 3 saylı istintaq təcridxanası və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Məlum olub ki, o, cari il may-sentyabr ayları ərzində 3 velosiped və 1 qadının mobil telefonunu oğurlayıb.

Hüseynağa İsmayılov Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. O, Xətai rayonu ərazisindəki mənzillərdən birindən 3000 manat dəyərində qızıl əşya oğurlayıb.

Hüseynağa İsmayılovun əvvəllər məhkum olunduğu bildirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər