16 Dekabr 2017 02:41
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın ən böyük və əsas hava limanı olan Şipolda naməlum şəxs əlində bıçaqla ətrafa hücum edib.

Teleqraf.com xəbər verir ki, polisin müdaxiləsi nəticəsində bıçaqlı şəxs zərərsizləşdirilib. Hadisə ilə bağlı Amsterdamdakı aeroport təhlükəsizlik məqsədilə boşaldılıb.

Polis bıçaqlı şəxsi yaxalayıb. Hadisə zamanı saxlanılan şəxsdən başqa yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com