Şəki rayonun Böyük Dəhnə kəndində bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, kənd sakini 1994-cü il təvəllüdlü Eşqin Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq xəsarəti alıb. O yarası Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətin orta-ağır olduğu bildirilir. Eşqin Nəbiyevin qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını məlum olub.
Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisini bıçaqlamağa görə təqsirləndirilən 1971-ci il təvəllüdlü Vaqif Şükürov şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış ilkin istintaq zamanı Vaqif Şükürov hadisəni qonşusu ilə şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib.