Beyləqan rayonunda mal-qara oğurluğu edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Beyləqan rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış iki oğurluq hadisəsi açılıb.
Beyləqan rayon sakinləri Xanhüseyn Abdullayev və Mirsahib Mustafayevə məxsus ümumi dəyəri 1500 manat olan 3 baş iribuynuzlu mal-qaraları ayrı-ayrı vaxtlarda oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Araşdırmalarla onların rayon sakinləri Xəyyam Zeynalov, Səbuhi Hüseynli və Faiq Həşimov olmaları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirlir.