22 Dekabr 2017 00:32
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 20-də saat 18:00 radələrində Nəsimi rayonunun 3-cü Alatava küçəsindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə də DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhərinin ərazisində Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Yunis İmanov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov