Sumqayıt şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbiri keçirib.
Teleqraf.com xəbər verir ki, şübhəli bilinən 3 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum olunmuşlar Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyən edilib.
Üzərlərinə baxış zamanı onlardan marixuana götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisi 1 kiloqram 270 qramdır. Rəşad İsrafilovdan 440, Sabir Novruzovdan 440, Yalçın Məmmədovdan 390 qram marixuana götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.