2 Yanvar 2018 18:15
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda ötən il baş verəb oğurluğun üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən il Tərtər rayonunda bir neçə kəndin subartezian quyularının elektrik naqillərinin oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət olunub.
Məlumatla əlaqədar polis şöbəsində əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Xalid Tağıyev saxlanılıb.
Araşdırmalarla onun aprel ayından etibarən rayonun 7 müxtəlif kəndindən 500 metr uzunluğunda elektrik naqilləri oğurladığı müəyyən edilib. Dindirilmə zamanı X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər