Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 30-da Sabunçu rayonu ərazisindəki evlərin birindən 100 ABŞ dolları və mobil telefon oğurlanıb.
13-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Aslanov həbs edilib.