Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ramin Əhmədova məxsus avtomobildən mobil telefon oğurlanması barədə 20-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Altun Əhmədov yaxalanıb. Onların qohum olduğu bildirilir.