Bakıda həkimi şantajla pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbirini dəyişdirilib və məhkəmə zalından həbs olunub.
İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalarının birində həkimi şantaj edib.
O, nevropatoloqla sosial şəbəkədə tanış olub. Qadın həkimlə intim münasibətdə olan Elnur sonradan onu rüsvay edəcəyi ilə qorxudub. Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8 min manatdan çox pul alıb.
Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb. Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.
Elnur İbrahimov isə ittihamları qəbul etmir. O, pulu həkimdən yardım məqsədilə aldığını deyir.