Bakının Sabunçu rayonunda mağazada ödəniş terminallarından oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ofelya Qocayevanın, Mehriban Əsgərovanın, Ramin Həsənovun evlərindən pul, qızıl əşyaları və noutbuk, İsrafil Əsgərovun, Rüstəm Salahovun, Fateh Süleymanovun və Zaməddin Göyüşovun mağazalarından “E-Manat” və “Milli ön” ödəniş terminalı oğurlamış Bakı şəhər sakini Ziya Əliyev tutulub. Şamaxı rayon sakinləri Turab Səfərov və əvvəllər məhkum olunmuş Vüqar Həbibov isə müəyyən ediliblər.
Hacı Zeynalov