10 Yanvar 2018 11:15
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənimsəmədə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elşən Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onubn barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv olunub və həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Elşən Məmmədov Bakıda şirkətlərin birində ekspediter vəzifəsində çalışıb. O, çalışdığı müddətdə şirkətin 20 min manat pulunu mənimsəməkdə təqsirli bilinib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər