Bakının Yasamal rayonunda soyğunçuluq baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 9-da Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini Nurlan Məmmədovun cibindən mobil telefon oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Əlicabbarov Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.