22 Yanvar 2018 11:24
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Teleqraf.com-a daxil olan birgə məlumatda deyilir ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad-soyad şərtidir) qarşı qohumu, 1993-cü il təvəllüdlü Ruslan Babayev tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ruslan Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər