Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 17-dən bu il yanvarın 25-dək olan müddətdə rayon ərazisindəki 7 evdən geyim və məişət əşyaları oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Ağabəyov, Elşad Nəsirov və Əskər Əkbərov saxlanılıb.
İstintaq araşdırması zamanı şübhəli şəxslərin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.