29 Yanvar 2018 10:38
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayonunda Cəbrayıl Mustafayev əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü Raziyyə Verdiyevanı bıçaqlayıb.

Raziyyə ilə Cəbrayılnın qeyri-rəsmi münasibətlərindən azyaşlı övladları var. Uzun müddət Raziyyə övladını Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.

Zərərçəkmiş şəxs Bakıda fəaliyyət göstərən barların birində çalışıb.

Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrayıl Mustafayev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Cəbrayıl Mustafayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı fevralın 1-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər