Xızıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nəriman Quliyev və Elşən Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Təqsirləndirilğn şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il avqustun 7-də Xızı rayonunun Şuraabad kəndində Nəriman Quliyevin və Elşən Nağızadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, habelə Nərman Quliyevin sərnişini və həmkəndlisi Rəşad Bayramov, Elşən Nağızadənin isə 2 sərnişini xəstəxanaya yerləşdirilib, Rəşad Bayramov orada ölüb.