5 Fevral 2018 12:19
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda iki gün əvvəl baş verən qətlin təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, İbrahim Əliyevi öldürən oğlu Elməddin Əliyev prokurorluqda hadisənin təfərrüatı barədə ifadə verib.

Elməddin Əliyev atasını öldürdüyünü və daha sonra izi itirmək məqsədilə evi yandırdığını etiraf edib. Bildirib ki, əsgərlikdən yeni gəlib və qəsəbədə olan zaman atası haqqında xoşagəlməz xəbərlər eşidib.

Onun sözlərinə görə, qəsəbədə atasının cinsi azlıq nümayəndəsi kimi bir neçə oğlanla cinsi əlaqədə olmasından danışırlarmış.

Elməddin Əliyevin bu səbəbdən atasını öldürmək qərarına gəlib: “Atamı öldürmək üçün plan qurdum. Mənə bu işdə kömək göstərməsi üçün dostlarım Vəlican Dadaşov və Nəcməddin İsmayılova planım barədə danışdım. Sonra onlarla birlikdə əmimin bağ evində qalan atamın yanına getdim. Orada atama “sən oğlanla görürüşürsən, əxlaqsızlıq edirsən” deyə bildirdim. Atam mənə dostlarımın yanında şillə vurdu.

Bu zaman stolun üstündəki bıçağı götürərək, atamın ürəyinə sancdım. Sonra dostlarımla birlikdə evi yandırdıq. Oranı tərk etdik”.

İttihama görə, fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib.

Polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Rayon polis və prokurorluq orqanları əməkdaşlarının hadisə yerinə keçirdiyi baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olduğu və onun kəsici-deşici alətlə qətlə yetirildiyi müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Vəlican Dadaşov və Nəcməddin İsmayılov saxlanılaraq istintaqa cəlb ediliblər

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər