13 Fevral 2018 22:58
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şirvan Diaqnostika Mərkəzinin qarşısında 1979-cu il təvəllüdlü Teymur Əliyev taksi sürücüsü, 1987-ci il təvəllüdlü Afiq Novruzov ilə mübahisə edib.

Teymur Əliyev pul üstündə yaranan mübahisə zəminində Afiq Novruzovun boyun nahiyyəsini kəsib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən Teymur Əliyev saxlanılıb.

O, törətdiyi cinayəti etiraf edib. Afiq Novruzovun avtomobilinə sərnişin qismində əyləşdiyini deyən şübhəli şəxs pul üstündə yaranan mübahisə zəminində cinayəti törətdiyini deyib.

Onların hər ikisi dializ xəstəsi olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər